Muzey Mərkəzində Aleksandra Kukinovanın çini kuklalar sərgisi açılıb. SİA-nın verdiyi məlumata görə, sərgi "Kukla" art-qalereyası və "ALEKSANDRA" şirkəti tərəfindən təşkil edilib. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.
Aleksandra Kukinova kukla rəssamı, müəllif kuklası ustası, Çexov adına Moskva Akademik Bədaye Teatrının məktəb-studiyasının məzunu, Rusiya Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatıdır. Onun işləri dünyanın bir sıra ölkələrində kukla sərgilərində nümayiş etdirilib.
Ekspozisiyada çini kuklalarla yanaşı, çinidən hazırlanmış kolleksiya miniatürləri də nümayiş etdirilir.
Qeyd edək ki, sərgi noyabrın 8-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB