"Polyak Musiqisi Günləri" layihəsi çərçivəsində Polşa klassik musiqisi konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsertdə məşhur pianoçu Marian Sobula çıxış edəcək. O, dünya şöhrətli polyak bəstəkarları Frederik Şopenin, İqnasiy Yan Paderevski və Yan Beletskinin əsərləri səsləndiriləcək.
Nəzərinizə çatdıraq ki, beynəlxalq fortepiano müsabiqələri laureatı Marian Sobula Avropanın bir çox ölkələrində çıxış edib. Onun konserti Polşa Respublikasının 11 Noyabr Müstəqillik Gününə həsr olunub və Polşanın Azərbaycandakı səfirliyi və "PianoClassic" Bədii Cəmiyyətinin təşəbbüsü ilə keçirlir.
Qeyd edək ki, konsert 12 noyabr, saat 19:00-da Rəşid Behbudov adına mahnı Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB