“Unutursam Fısılda” filminin qala gecəsi keçiriləcək

“Unutursam Fısılda” filminin qala gecəsi keçiriləcək

Nizami Kino Mərkəzi "Unutursam Fısılda" filminin qala gecəsini keçirəcək. SİA-nın verdiyi məlumata görə, qala –gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.

Türkiyənin məhşur Taff Pictures studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film, qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir.

Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı- özünü Azərbaycan tamaşaçısına "şahzadə Mustafa" obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, "Unutursam Fısılda" filminin qala – gecəsi noyabrın 17-də Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə