Bu gün Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Dövlət Musiqili Teatrında "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda III Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başlayıb. SİA-nın verdiyi məlumata görə, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, mədəniyyət xadimləri iştirak edirlər. Konfransda əvvəlcə birinci və ikinci Bakı Beynəlxalq Teatr konfranslarından bəhs edən videomaterial nümayiş olunub.
Beynəlxalq teatr konfransını mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq Azərbaycan teatrının inkişaf yolundan danışıb: "III Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr aləmində, eləcə də Azərbaycanın mədəni həyatında önəmli hadisədir və ictimaiyyət tərəfindən maraqla izlənir. Belə tədbirlərin Azərbaycan dövlətinin mədəni inteqrasiya, multikulturalizm kimi dəyərləri yüksək qiymətləndirməsinə əyani sübutdur. Burada dünyanın 45 ölkəsindən teatr nümayəndələrinin iştirak edir. əsas məqsəd yaradıcı, qarşılıqlı anlaşma çərçivəsində çağdaş teatrın problemlərinə yardımçı olmaqdır. Biz teatr xadimləri və teatrşünaslarla teatr haqqında müzakirələr aparacağıq".
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev çıxışında Azərbaycan öz multikulturalizm təhlükəsizliyini yaratdığını dilə gətirib: "Bu gün Azərbaycanın ən ucqar nöqtəsində belə multikulturalizmə nail olunubsa, bu, xalqımızın uzun əsrlərdən gələn mədəni dəyərlərinin qorunub saxlanmasının nəticəsidir".
Daha sonra xarici qonaqlar çıxış edərək bu konfransın müvafiq sahədə əməkdaşlığa böyük imkan yaratdığını, çağdaş teatrımızda hər kəs üçün faydalı olacaq. Bildirilib ki, belə konfransların keçirilməsi çox vacibdir. Dünyanın heç də bütün ölkələrində belə tədbirlər keçirilmir. Bakı Beynəlxalq Teatr Konfransı təkcə sizin deyil, digər ölkələrin də mədəniyyətinə böyük təsir vasitəsidir. Bu, teatr incəsənətinin daha da irəliyə inkişafı deməkdir. Diqqətə çatdırılıb ki, konfransa müzakirə olunacaq məsələlərin dünya teatr prosesinə müsbət təsir göstərəcək.
Nəzərinizə çatdıraq ki, "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda konfransda 50-dək dövləti 150-dən artıq mütəxəssis təmsil edir. Rusiyadan, Türkiyədən, İtaliyadan, Hollandiyadan, Litvadan, İspaniyadan, Ukraynadan, İrlandiyadan, Mərakeşdən, Suriyadan, ABŞ-dan, Böyük Britaniyadan, Almaniyadan, Makedoniyadan, Macarıstandan, Birləşmiş Ərəb Əmirliklərindən, Belarusdan, Bolqarıstandan, Gürcüstandan, İsraildən, Yunanıstandan, Estoniyadan, Avstriyadan, Fransadan, İsveçdən, Hindistandan, Rumıniyadan, Cənubi Afrika Respublikasından, Avstraliyadan təşrif buyurmuş qonaqlar teatr sənətinin bu günü və sabahı haqqında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, III Bakı Beynəlxalq Teatr Konfransı öz işini plenar iclaslarla davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB