Bakıda Polyak Musiqisi Günləri keçiriləcək

Bakıda Polyak Musiqisi Günləri keçiriləcək

Bakıda Polyak Musiqisi Günləri keçiriləcək. SİA-nın xəbərinə görə,Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir ki, tədbir Polşanın Azərbaycandakı səfirliyi və "PianoClassic" Bədii Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq.

Polyak Musiqisi Günləri çərçivəsində Polşa Respublikasının 11 noyabr müstəqillik gününə həsr olunmuş konsert təşkil olunacaq. Konsertdə F. Şopen, İ.Y.Paderevski və Y. Beletskinin əsərləri səslənəcək. Konsertdə tanınmış polyak piano ifaçısı Marian Sobula çıxış edəcək.

Konsert noyabrın 12-də saat 18:30-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə