Ədalət Vəliyev: “Gələn il Bakıda möhtəşəm Festival keçiriləcək”
Dövlət Musiqili Teatrında "Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri" mövzusunda III Beynəlxalq Teatr Konfransına həsr olunan mətbuat konfransı keçirilib. Konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə açıqlamasında gələn il möhtəşəm Edinburq Teatr Festivalının Bakıda keçirilməsinin planlaşdırıldığını dilə gətirib: "Artıq sözügedən məsələ ilə bağlı danışıqlara başlanılıb, addımlar atılıb, müqavilə hazırlanıb. Sadəcə bu il çatdıra bilmədik. Həmin festivalda bir ay ərzində 2000 tamaşa nümayiş olunur. Biz həmin festivalın bir qolunu ya Bakı 2015 Avropa Oyunları ərəfəsində, ya da ondan sonra keçirəcəyik. Bununla da biz möhtəşəm festivalı Bakı tamaşaçılarına göstərmək imkanı əldə edəcəyik. Belə festivalı keçirə bilməyimizin əsas səbəbi Beynəlxalq təşkilat və qurumlarla iş, bütün ölkələrdən Azərbaycana gələn çoxsaylı teatr mütəxəssisləri ilə əməkdaşlıq sonda belə əlaqələrin qurulmasına imkan yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB