Bakı şəhər xalq teatrları festivalının qalibləri mükafatlandırılıb
Mərdəkan Mədəniyyət Sarayında Bakı şəhər xalq teatrları festivalının qalibləri mükafatlandırılıblar. SİA-nın verdiyi məlumata görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən festivalın məqsədi mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq və əhalinin teatr sənətinə marağının artırılması olub.
Nəzərinizə çatdıraq ki, qalibləri müəyyənləşdirmək üçün 5 nəfərdən ibarət münsiflər heyəti təyin edilib.Təqdimat mərasimində əvvəlcə qalib kollektivin hazırladığı "Dirsə xan oğlu Buğac və biz" tamaşası nümayiş olunub.
Sonra mükafatlandırma mərasimi başlayıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev qalibləri təbrik edib və Qran-Pri mükafatını Mərdəkan Mədəniyyət Sarayının kollektivinə təqdim edib.
Həmçinin festivalda fərqlənənlər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB