Avtoyarışa gələn xarici jurnalistlərə turizm potensialımızın təqdimatı keçirilib

Avtoyarışa gələn xarici jurnalistlərə turizm potensialımızın təqdimatı keçirilib

01-02 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək "Baku World Challenge 2014" avtoyarışı ilə əlaqədar Azərbaycana gəlmiş xarici jurnalistlər üçün Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva tərəfindən ölkəmizin turizm potensialına dair təqdimat keçirilib. SİA-nın verdiyi məlumata görə, təqdimatda Amerika Birləşmiş Ştatları, Kanada, İspaniya, Fransa, Avstraliya, Braziliya, Almaniya və s. ölkələrdən ümumilikdə 44 jurnalist iştirak edib. Qeyd etmək istərdik ki, tədbirdə ABŞ-ın "Travel Weekly", "Luxury Travel Advisor", "National Geographic Traveler", "USA Today", "Forbes Life", Kanadanın "Canoe Voyages", Avstraliyanın "Sky Business News ‘Business Class" və s. nüfuzlu KİV nümayəndələri təmsil olunub. Təqdimatdan sonra jurnalistlər tərəfindən Azərbaycan turizminin inkişafı, infastruktur, "Bakı I Avropa Oyunları" və s. mövzularda ünvanlanmış çoxsaylı suallar təqdimat iştirakçıları tərəfindən cavablandırılıb. Bir saat müddətində davam edən təqdimatın sonunda jurnalistlər yeni açılmış Xalça Muzeyinə dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə