Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 15 sentyabrda elan edilmiş "Çövkən - qədim atüstü Qarabağ oyunu" mövzusunda müsabiqəyə məqalə qəbulu davam edir. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, müsabiqə xalqımızın köklü dəyərlərinin ayrılmaz hissəsi olan, Azərbaycan mədəniyyətini və mənəviyyatını əks etdirən milli xalq oyunumuz Çövkən haqqında qələmə alınan yazıları dəyərləndirmək, bu oyunu təbliğ etmək, qələm sahiblərini bu istiqamətdə yazmağa həvəsləndirmək məqsədilə keçirilir. Müəlliflər məqalələrini poçt, e-mail vasitəsi ilə ([email protected]) və ya şəxsən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinə (Hökumət evi, 3-cü mərtəbə, 319-cu otaq) və "Mədəniyyət" qəzeti redaksiyasına (Moskva pr. Dövlət Film Fondu, 5-ci mərtəbə) təqdim edə bilərlər. Ən yaxşı üç məqalə seçilərək birinci, ikinci və üçüncü yerlərə layiq görüləcəkdir. Mükafat diplom və pul təltifindən ibarətdir:
I yer - 500 (beş yüz) manat
II yer ¬ - 400 (dörd yüz) manat
III yer - 300 (üç yüz) manat
Qeyd edək ki, müsabiqəyə 2014-cü ilin dekabr ayının 1-də yekun vurulacaq, nəticələr barədə nazirliyin mətbu orqanları olan "Mədəniyyət" qəzeti, "Mədəni həyat" jurnalı və nazirliyin rəsmi saytında (mct.gov.az ) məlumat veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB