XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” FOTOLAR

XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası” FOTOLAR

İtaliya Respublikasının Paestum şəhərində YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Arxeoloji park ərazisində XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda "rəsmi qonaq ölkə" qismində iştirak edən ölkəmizə məxsus pavilyonun açılış mərasimi baş tutub. SİA-nın verdiyi məlumata görə, açılışda Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini cənab Vaqif Əliyev, YUNESKO-nun Baş Direktorunun Xüsusi Müşaviri və Ərəb ölkələri üzə Regional Dünya İrs Mərkəzinin direktoru cənab Munir Buşenaki, İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyətlər Nazirinin müavini xanım Antonia Pasqua Reçia və digər yüksək vəzifəli şəxslər iştirak etmiş, onlara Azərbaycanın müxtəlif bölgələrindən gətirilmiş milli şiriniyyatları təqdim edilib.

"Rəsmi qonaq ölkə" statusda iştirak ilə əlaqədar ölkəmizə olan böyük marağı nəzərə alaraq, yarmarkada 3 tondan artıq müxtəlif adda çap və multimedia məhsullarının yayılması nəzərdə tutulub. Onların sırasında "İrs-Patrimonio" nəşrinin İtalyan dilində xüsusi buraxılışı, "Orta əsr Ağsu şəhəri", "Orta əsr Şəmkir şəhəri", "Göytəpə neolit kəndi" və "Qədim Qəbələ" arxeoloji ərazilərinə, eləcə də Qarabağ bölgəsinin arxeoloji irsinə və burada aparılmış tədqiqatlara həsr olunmuş virtual turların daxil olduğu multimediya məhsulları, "Azərbaycan arxeologiyası" adlı ingilis və italyan dillərində almanax, "Azərbaycanın mədəni və təbii irsi fotolarda" albomu, Azərbaycanın mövcud turizm imkanlarını əks etdirən 20-dən artıq çeşiddə çap məhsulu, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycanda arxeoloji tədqiqatlara həsr edilmiş nəşrlər, eyni zamanda "İçərişəhər" Dövlət tarix-memarlıq qoruğu İdarəsi tərəfindən hazırlanmış təşviqat materialları da vardır.

Geniş ərazidə xüsusi tərtibatda hazırlanmış Azərbaycan pavilyonunda quraşdırılmış kinoteatrda İtalyan və İngilis dillərində "Azərbaycan odlar yurdu" filminin, eləcə də Azərbaycanın irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplərin nümayişinin həyata keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Muzeyinin müxtəlif dövrlərə aid arxeoloji artefaktlarından və Azərbaycan xalçalarından ibarət kolleksiyanın da sərgilənməsi nəzərdə tutulub.

Yarmarka çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə 2015-ci ildə Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı da baş tutacaq.

.

Bütün xəbərlər Facebook səhifəmizdə