Arxivə yeni kinosənədlər daxil olub

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 9 saxlama vahidi kino (video) sənəd daxil olub. SİA-nın verdiyi məlumata görə, 2013-2014-cü illəri əhatə edən kinosənədlər dövlətimizin beynəlxalq əlaqələrini, regional layihələrin müzakirəsini və icrasını, enerji və humanitar təhlükəsizliyə həsr olunmuş tədbirləri, Türkiyə, Azərbaycan və Gürcüstan arasında keçirilən zirvə görüşünü, üç ölkənin birgə reallaşdırdığı layihələri, "ASAN xidmət" mərkəzlərinin açılışını, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin Madrid klubunun dəstəyi ilə Bakıda keçirdiyi Beynəlxalq forumu, həmin forumda dövlət başçısı İlham Əliyevin çıxışını, Arpaçay I və II su elektrik stansiyalarının açılışını, Heydər Əliyev Fondunun 10 illiyinə və Ulu Öndərin 91 illiyinə həsr olunmuş tədbirləri əks etdirir.

Qeyd edək ki, hazırda kinosənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir kinosənədin müfəssəl elmi-məlumat bazası hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə