Əbülfəs Qarayev Küveyt Dövlətinin nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Küveyt Dövlətinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev Küveyt Dövləti informasiya və gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem Alhamoud Alsabahin rəhbərliyi altında nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müvafiq sahələrdə əməkdaşlığın vəziyyəti haqqında müzakirələr aparılıb, 2009 və 2013-cü illərdə imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Küvеyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair" sazişləri xatırladılaraq, qeyd edilən sənədlər çərçivəsində Azərbaycan Respublikası və Küveyt Dövləti arasında mədəniyyət və turizm sahələrində əıməkdaşlığın daha da inkişaf edəcəyinə inamını ifadə edilib.

Cənab Əbülfəs Qarayev qonaqlara 2015-ci il 2-4 aprel tarixində keçirilməsi planlaşdırılan beynəlxalq turizm və səyahətlər sərgili AİTF, həmçinin 2015-ci il 19-22 may tarixində Bakı şəhərində təşkil olunması nəzərdə tutulan 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məlumat verərək, Küveyt dövlətinin müvafiq qurumlarının səlahiyyətli nümayəndələrini, habelə turizm şirkətlərini qeyd edilən tədbirdə iştirak etməyə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə