Əbülfəs Qarayev: “Qonşularımıza da, digər regionlara da ciddi xəbərdarlıq etmişik”

Əbülfəs Qarayev: “Qonşularımıza da, digər regionlara da ciddi xəbərdarlıq etmişik”

Bu gün Bakıda "Avropa Şurasının mədəni marşrutları: mədəniyyətlərarası dialoq və sosial sabitlik naminə mədəni turizm" mövzusunda tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın hər hansı mədəni marşruta daxil olmasının imkansız olduğunu söyləyib: "Münaqişəli məkanlarda turistlərin əmin-amanlığı və təhlükəsizliyi təmin oluna bilməz. Ona görə də biz məsələni elə qoyuruq ki, heç bir ölkə müvafiq qanunların çərçivəsində öz təbliğat mexanizminə münaqişəli zonaların daxil olmasına imkan verməsin. Qonşularımıza da, digər regionlara da ciddi xəbərdarlıq etmişik ki, əgər Azərbaycan dövləti Qarabağda turizm təhlükəsizliyini təmin edə bilmirsə, deməli, heç bir digər ölkə ora qonaq gətirilməsi haqqında danışa bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə