Nazir: "Turistlərin sayında yarım illik artım cəmi 1-2% təşkil edib"
"Azərbaycana Rusiya və İrandan gәlәn turistlәrin sayında azalma müşahidә olunur. Bu isə onların daxili mәsәlələri ilә əlaqədardır". Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev söyləyib.
Nazir bildirib ki, ötən 9 ay müddәtindә Azәrbaycana gələn turistlәrin sayı ilə bağlı rәqәmlәr artıq mövcuddur: "Statistika böyük artımı göstәrmir. Amma bu, heç dә Azәrbaycanın turizm potensialının azalması demәk deyil. Bizim tәbliğat mexanizmimizin yaxşı işlәdiyi digәr regionlardan axın artmaqdadır. Azərbaycan turizm potensialı haqda təqdimatlarını daha çox xaricdə keçirməyə üstünlük verir. Gələn il bizi böyük sınaq gözləyir. Təqdimatları daha çox xaricdə keçirməyə üstünlük veririk. Hər halda, turist sayında azalma yoxdur, amma rəqəmlərin artım tempi keçən illərə nisbətən səngiyib. Biz heç nəyi gizlətmək niyyətində deyilik. Turistlərin sayında yarım illik artım faizi cəmi 1-2% təşkil edib. Amma ilin axırına kimi təxminən 3-4 % civarında artım gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB