Tanınmış aktrisa, səhnəmizin "Buratino"su Roza İbadova yeni işi ilə hər kəsin evinin qonağı olacaq. Bu haqda aktirsanın özü SİA-ya açıqlama verib: "Bu yaxınlarda İTV-də "Hoqqabaz" adlı layihə ilə tamaşaçıların qarşısına çıxacam. Sözügedən layihə bir müddətdir hazırlanırdı. Sonunda layihə televiziya verilişi formatında tam hazır oldu. Məqsəd uşaqların təlim-tərbiyəsində və balacalarımızın özlərini göstərməsində yardımcı olmaqdan ibarətdir. Veriliş sayəsində uşaqlar əl işlərini də nümayiş etdirə biləcəklər. Hətta gələcəkdə uşaqlar tərəfindən hazırlanan əl işlərini satmaqda da dəstək olmağı planlaşdırırıq".
Qeyd edək ki, "Hoqqabaz" verilişi həftənin 5 günü yayımlanacaq.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB