Xalq artisti: “Mən xoşbəxt aktrisayam” AÇIQLAMA

Xalq artisti: “Mən xoşbəxt aktrisayam” AÇIQLAMA

Xalq artisti Nuriyyə Əhmədova özünü xoşbəxt aktrisa hesab edir. Bu haqda SİA-ya açıqlama verən xalq artisti şəxsi həyatı uğurlu olmasa da, özünü bir aktrisa kimi xoşbəxt hiss etdiyini deyib: "2 övlad itirmişəm. Bu barədə danışmaq mənə çox çətin gəlir. Şəxsi həyatım uğurlu olmasa da, aktrisa kimi xoşbəxtəm. Sevinirəm ki, mən hər zaman xalqın diqqətindəyəm. Səhnədə olmasam belə, məni unutmurlar. Tez-tez zəng edib səhhətimlə maraqlanırlar. Heç bir rejissorun gözündən yayınmamışam və onların diqqətində olmuşam. Bu gün də mənə kifayət qədər seriallarda və filmlərdə oynamaq üçün təkliflər gəlir. Lakin səhhətim imkan vermədiyindən, qəbul edə bilmirəm. Dəvətlərə razılıq verib, sonradan çəkilməməyim düzgün olmazdı. Ona görə də tam sağaldıqdan sonra yenidən tamaşaçıların qarşısına çıxa bilərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə