“Azərbaycan - idman foto obyektivdə”

“Azərbaycan - idman foto obyektivdə”

Avropa Azərbaycan Cəmiyyəti (TEAS) gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilmiş "Azərbaycan - idman foto obyektivdə" adlı fotomüsabiqə keçirir. Avropa Oyunlarının təşkilatçısı – "Bakı 2015" rəsmi olaraq bu fotomüsabiqəni dəstəkləyir. SİA-nın verdiyi məlumata görə, müsabiqəyə Azərbaycanın təqdimatı və idmanın müxtəlif növləri ilə bağlı hər janrda fotoşəkillər təqdim oluna bilər. Seçim turunda idman yarışlarının dəyərini və ruhunu əks etdirən fotolara üstünlük veriləcək.

Müsabiqə qaliblərinin seçilmiş işləri Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel, İstanbul və Bakıda nümayiş etdiriləcək. Münsiflər heyətinə beynəlxalq səviyyədə tanınmış xarici və yerli fotoqraflar daxildir.

Müsabiqədə qalib olacaq peşəkar və həvəskar fotoqraflar mükafatlandırılacaq.

Mükafatlara Bakıya təyyarə bileti (gediş-gəliş) və mehmanxanada qalmaq üçün yer, 2015-ci il birinci Avropa Oyunlarını izləmək üçün bir həftəlik bilet, yarışlarda paytaxtımızda maraqlı həftəsonu keçirmək imkanları, oyunlara bir günlük bilet və İPad daxildir.

Qalib Bakıdan olduğu təqdirdə o, Paris, London, Berlin, Brüssel və ya İstanbul şəhərlərinə təyyarə bileti (gediş-gəliş) qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə