“Hüseyn Cavid Ədəbi Məclisi”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Hüseyn Cavid Ədəbi Məclisi"nin təsis edilməsi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə yazıçı Kəmaləddin Qədirov, professor Ramiz Əsgər, Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərov, yazıçı və şairlər, cavidşünaslar, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən yazıçı Kəmaləddin Qədirov bir neçə yazıçı və cavidşünaslarla birlikdə "Hüseyn Cavid Ədəbi Məclisi"nin təsis edilməsi ilə bağlı qərara gəldiklərini və "Hüseyn Cavid Ədəbi Məclisi"ni yaratdıqlarını diqqətə çatdırıb: "Cavidşünaslar üçün çox əlamətdar bir gündür. Bir sözlə oktyabr ayını Cavidlər ailəsi kimi də saymaq olar. Bu ayda Hüseyn Cavid özü, onun övladları dünyaya göz açıb. Bu bizim ilk tədbirimizdir. Düşünürəm ki, belə tədbirlər davamlı olaraq keçiriləcək. Onu da deyim ki, Hüseyn Cavidin 41 il sonra nəşinin Azərbaycana gətirilməsində ulu Öndər Heydər Əliyevin çox böyük əməyi olub. Bu gün də dövlətimiz Hüseyn Cavidin əsərlərini araşdırır və daima yaşadır".

Daha sonra digər qonaqlar da çıxış edərək Hüseyn Cavidin zəngin yaradıcılığından söz açıblar. Bildiriblər ki, oktyabrın 24-də Hüseyn Cavidin 132 yaşı tamam olub. Hüseyn Cavid türk dünyasının böyük, ölməz dramaturqu olub. Həmçinin Hüseyn Cavid türk dünyasının humanist insanı və dramaturqudur.

Bütün xəbərlər Facebook səhifəmizdə