Oktyabr 29-da Bakı şəhər Cabbar Qaryağdıoğlu adına 9 nömrəli uşaq musiqi məktəbi üçün yeni inşa edilmiş binanın açılış mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1959-cu ildən fəaliyyət göstərən bu təhsil ocağında hazırda fortepiano, klarnet, tar, kamança, saz, xanəndə, vokal və digər ixtisasları üzrə 400 şagird təhsil alır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB