Xalq artsisti: "Qorxdum qaçdım" AÇIQLAMA

Xalq artsisti: "Qorxdum qaçdım" AÇIQLAMA

Xalq artisti Arif Quliyev yeni seriallara dəvət alıb. Bu barədə SİA-ya xalq artistinin özü məlumat verib: "Mənə iki serialda oynamaq təklifi gəlib. Hələlik, fikirləşirəm. Çünki ssenarini oxumamışam. Əgər ssenarini bəyənsəm, maraqlı serialla tamaşaçıların qarşısına çıxacam. Onu da deyim ki, Satirik Teatrda yumoristik əsər hazırlayırıq. Tamaşanın ssenarisi mən və Gülay Əhmədliyə aiddir. Əsərin adı "Qorxdum qaçdım" adlanır. Bu tamaşada heç nə bacarmayan insanların yalandan özünü tərifləməsindən, ortaya atılmasından bəhs edilir. Sonda isə onların iç üzü açılır. Bir sözlə, tamaşaçıları maraqlı tamaşa gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə