Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə hər il ənənəvi olaraq Bakı şəhər xalq teatrları festivalı keçirilir. SİA-nın verdiyi məlumata görə, oktyabrın 31-dək davam edəcək festival artıq öz işinə başlayıb. Festivalın final mərhələsi Mərdəkan Mədəniyyət Sarayında baş tutacaq. Festivala 17 mədəniyyət müəssisəsindən 19 kollektiv qatılıb.
Qalibləri müəyyənləşdirmək üçün 5 nəfərdən ibarət münsiflər heyəti təyin olunub.
Qeyd edək ki, festival xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi və həvəskar teatr kollektivlərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaq məqsədilə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB