19-cu iclas Soçidə keçirilir

Rusiya Federasiyasının Soçi şəhərində MDB iştirakçı dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının 19-cu iclası keçirilir. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyini tədbirdə Nazirliyin Aparat rəhbəri Rafiq Bayramov və Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli təmsil edir. İclasda həmçinin Belarusun, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın mədəniyyət nazirləri, Moldovanın və Beynəlxalq Delfi Komitəsinin səlahiyyətli nümayəndələri iştirak edir. Görüşdə iştirakçılar MDB iştirakçı dövlətlərin 2015-ci ilədək və 2016 - 2020-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlığa dair əsas tədbirlər planı da daxil olmaqla 10-dan çox məsələ ətrafında müzakirələr aparılıb. Tədbir öz işini davam etdirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə