Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Lerik rayonunda qastrolda olub. SİA-nın verdiyi məlumata görə, teatrın kollektivi rayon mədəniyyət evinin səhnəsində dramaturq Maarif Məmmədovun "Əcnəbi kürəkən" komediyası əsasında hazırlanmış tamaşası ilə çıxış edib.
Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərinin quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Tamaşada əsas rolları əməkdar artistlər Adil Zeynalov, Sucəddin Mirzəyev, aktyorlar Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov və digərləri ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB