Avropa İttifaqının Şərq Tərəfdaşlığının "İnsanlar arasında əlaqə" adlı IV Platforması çərçivəsində Ukrayna Mədəniyyət Nazirliyi və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Ukraynanın Kiyev şəhərində "Avropada mədəniyyət siyasəti bu gün: maliyyələşdirmə, menecment, auditoriyanın inkişafı" başlığı altında konfrans təşkil olunub. SİA-nın verdiyi məlumata görə, tədbirdə Şərq Tərəfdaşlığı Platformasının iştirakçı dövlətlərinin (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna), Avropa İttifaqının üzv dövlətlərinin (Almaniya, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, İrlandiya, İsveç, Litva, Macarıstan, Niderland, Polşa, Rumıniya və s.), Avropa Komissiyasının rəsmi nümayəndə heyətləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil ekspertlər, ictimai xadimlər iştirak edirdilər. Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yaşar Hüseynli və "Uğuru yoğur" təşkilatının həmtəsisçisi, müstəqil art-menecer Cahangir Səlimxanov təmsil edirdilər.
Konfrans zamanı "Əsas sosial problemlərin həll edilməsində mədəniyyətin və mədəniyyət sektorunun rolu", "Mədəni-siyasi inkişaf üçün uzunmüddətli strategiyaların inkişafı: Şərq Tərəfdaşlığı və Avropa İttifaqı ölkələrinin ən yaxşı təcrübələri", "Mədəniyyətin dövlət tərəfindən və özəl maliyyələşdiriliməsi: mədəniyyət və yaradıcı sektorlar üçün çağırışlar və imkanlar", "Auditoriyanın inkişafı: yeni auditoriyanın əldə olunması və çeşidləndirilməsi, mədəni iştirakın artırılması", "Mədəniyyət menecmenti bu gün: tələb olunan bacarıqlar, təlimlər, peşəkar inkişaf imkanları" və bu kimi mövzular ətrafında müzakirələr aparıldı, gələcək əməkdaşlıq perspektivləri imkanları araşdırıldı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB