Fərhad Bədəlbəyli Özbəkistanda çıxış edəcək

Fərhad Bədəlbəyli Özbəkistanda çıxış edəcək

26 oktyabr tarixində Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycanın xalq artisti, dövlət mükafatı laureatı, Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və drijor, xalq artisti Yalçın Adıgözəlov Özbəkistan səhnəsində çıxış edəcəklər. SİA-nın verdiyi məlumata görə, onları Özbəkistan Milli Simfonik Orkestri müşayət edəcək. Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Daşkənddə təşkil olunacaq dostluq konserti Azərbaycan və Özbəkistanın müstəqilliklərinin əldə etmələrinin 23-cü ildönümünə həsr olunacaq. Konsertdə Özbəkistanın dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının iştirakı planlaşdırılır. Konsert proqramında Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürası, Soltan Hacıbəyovun "Karavan" simfonik əsəri, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita, Fikrət Əmirovun Azərbaycan kapriççiosu və başqa məşhur əsərlər ifa olunacaq. Konsert proqramında azərbaycanlı musiqi ustaları Azərbaycan əsərləri ilə yanaşı "İstədim" Özbək vokal simfonik əsərini Özbəkistanın xalq artisti Əvəz Rəcəbovla birgə ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə