Salyanda “Muğan Babazanlı abidələrinin 2800 illiyi” ilə əlaqədar tədbir keçiriləcək

Salyanda “Muğan Babazanlı abidələrinin 2800 illiyi” ilə əlaqədar tədbir keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında 29 oktyabr 2013-cü il tarixdə Sərəncam imzalayıb. İndiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi mədəniyyət nümunələri ilə sübuta yetirilmişdir ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması ulu əcdadlarımızın ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını bir daha təsdiq edir.

"Muğan Babazanlı abidələrinin 2800 illiyi" ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Salyan şəhərində "Şəhər günü" formatında bayram tədbirləri keçiriləcək. Qeyd edilən tədbirlərin keçirilməsi Salyan şəhərinin qədim tarixinin təbliğinə, burada aparılan arxeoloji tədqiqatların nəticələrinin təşviqinə imkan yaradacaq. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, hökumət nümayəndələrinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrinin və yerli qonaqların iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə