Zaqatalada dəyirmi masa keçirilib

Zaqatala rayonunda Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzinin 2014-cü il üçün iş planına əsasən "Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı" mövzusunda regionlarda nəzərdə tutulan dəyirmi masa keçirilib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Vəfa Süleymanovanın iştirak etdiyi tədbirdə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva – "Zaqatala rayonunda turizmin növlərinin inkişafı istiqamətində aparılan işlər", mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzin Hüquqi – normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev "turizmin inkişafının dünya təcrübəsi və əhalinin həyat səviyyəsinə təsiri, Hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Ramin Cəfərov "Regionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması", Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev "Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı", Rayon turizm informasıya mərkəzinin direktoru Tərlan Əhmədov - "Rayon ərazisində yerləşən turizm obyektlərinin turizmin inkişafı sahəsində gördüyü işlər", Mamrux kənd kitabxanasının direktoru Cəlal Davudov - "Tarixi-memarlıq mədəniyyət və təbiət abidələrinin turizmin inkişafında rolu" mövzusunda məruzə ediblər.

Eyni mövzu ilə dəyirmi masa bu gün Oğuz rayonunda da keçirilib.

Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin məsləhətçisi Tofiq Daşdəmirovun iştirakı ilə Oğuz rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ulduz Baxışova - "Oğuz yaxın vaxtlarda inkişaf etmiş turizm bölgəsinə çevriləcəkdir", Mədəniyyətşünaslıq üzrə Elmi – Metodiki Mərkəzin Hüquqi – normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin müdiri Məzahir Qarayev -"turizmin inkişafının dünya təcrübəsi və əhalinin həyat səviyyəsinə təsiri, Hüquqi – normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin baş mütəxəssisi Ramin Cəfərov - "Regionda turizmin inkişafında davamlılıq prinsiplərinin təmin olunması", Azərbaycan Turizm İnstitutunun dosenti Çingiz Gülalıyev -"Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı", rayon tarixdiyarşünaslıq muzeyinin direktoru Arizə Xuduyeva -"Oğuzda turizmin inkişafında muzey və abidələrin rolu", rayon mədəniyyət evinin metodisti Anar Hüseynov - "Milli mədəni irsimizin turizmin inkişaf etdirilməsində əvəzedilməz rolu", mövzusunda məruzə edildi və mövzu ətrafında hər iki rayon mədəniyyət və turizm şöbəsinin və turizm müəssisələri əməkdaşları ilə diskussiyalar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə