Əməkdar artist Elxan Abbasova Akademik Milli Dram Teatrından təklif gəlib. Bu haqda SİA-ya aktyorun özü məlumat verib: "Bildiyiniz kimi, mən Gəncə Dövlət Dram Teatrında işləyirəm. Bu yaxınlarda mənə Akademik Milli Dram Teatrında çalışmağım üçün təklif gəldi. Hazırda işlərimin çoxluğundan təklifə heç bir cavab verməmişəm. Onu da deyim ki, yeni seriala çəkilməyə dəvət almışam. Yaxın günlərdə bununla əlaqədar olaraq görüşəcəm. Hər şey istədiyimiz kimi getsə, razılaşacam".
Qeyd edək ki, əməkdar artist Elxan Abbasov "Pərvanələrin rəqsi" və "Qız yükü" serialları ilə daha da tanınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB