Muğam ifaçılarımız Meksikada konsert proqramları ilə çıxış edirlər

Muğam ifaçılarımız Meksikada konsert proqramları ilə çıxış edirlər

Azərbaycanın xalq artisti, dünya şöhrətli muğam ifaçıları Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova Meksikanın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edib. SİA-nın verdiyi məlumata görə, muğam ifaçılarının Quanaxuato şəhərində ölkə üzrə hər il keçirilən "Beynəlxalq Servantino festivalı"nda və Mexiko şəhərinin şəhər teatrındakı çıxışlar alqışlarla qarşılanıb.

Alim Qasımov və Fərqanə Qasımovanın ölkənin Merida şəhərinin Peon Kontreras de Merida (Teatro Peon Contreras de Merida) və Quadalaxara şəhərinin Deqoyado de Guadalajara teatrlarında (Teatro Degollado de Guadalajara) daha iki konsert proqramı ilə çıxışları nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə