Hüseyn Arifin 90 illiyi Qazaxda da qeyd olunub

Hüseyn Arifin 90 illiyi Qazaxda da qeyd olunub

Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin birgə təşkilatçılığı ilə Xalq Şairi Hüseyn Arifin 90 illik yubileyi qeyd olunub. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 2 may tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə AYB-nin Qazax bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal çıxış edərək bildirib ki, Hüseyn Arif öz yaradıcılıq üslubu ilə aşıq poeziyasını zənginləşdirib, dövrün aktual məsələlərini əsərlərində əks etdirməklə ədəbiyyatımıza yeni nəfəs gətirib.

Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.

Qeyd edək ki, tədbirdə şairin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə