Azərbaycan QDİƏT-də təmsil olunur

Bu gün Yunanıstanın Afina şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərin turizm nazirlərinin növbəti görüşü keçirilir. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edir.

Görüş zamanı təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin yerinə yetirilməsinin hazırkı vəziyyətinin müzakirələri və QDİƏT üzv-dövlətlərinin turizm nazirləri tərəfindən bəyannamənin və iclasın hesabatının qəbul edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə