Əməkdar artist Nahidə Orucova yeni seriala çəkilir. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Bir müddət idi ki, heç bir seriala çəkilmirdim. Ancaq bu mövsüm yeni serialda oynamaq üçün mənə dəvət gəldi və məmnuniyyətlə qəbul etdim. Serial "İkinci bahar" adlanır. Mənimlə birlikdə xalq artisti Rafael Dadaşov, Ayşad Məmmədov, Anar Heybətov, Pərviz Bağırov və başqa aktyorlar iştirak edirlər. Çəkilişimiz çox maraqlı keçir. Burada tam fərqli obraz, əlil arabasında oturan qadın rolunu oynayıram. Onu da deyim ki, müsahibələrimin birində seriallarda çəkilən aktyorlara çox az pul ödədiklərini demişdim. Yenə də qonorardan razı deyiləm. Sadəcə işləmək, boş qalmamaq üçün razılaşdım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB