Xalq artisti Arif Quliyev yeni filmə çəkilir. Bu haqda SİA-ya aktyorun özü məlumat verib: "Dramaturq Ramiz Abdullayevin "Biznesmen" əsəri əsasında film çəkiləcək. Sözügedən film komediya janrında olacaq. Mən burda "Deputat Şəmkir" rolunu canlandıracam. Bu əsər artıq İrəvan Teatrında səhnəyə qoyulub və mən həmin tamaşada oynamışam. "Biznesmen" filminə dəvət aldığım üçün sevinirəm. Filmin rejissoru Nail Naiboğludur. Çəkilişlər noyabr ayında başlayacaq. Mən həmçinin R.Abdullayevin "Olacağa çarə yoxdur" filmində də baş rolu ifa etmişəm. Bir sözlə bu il yeni çəkildiyim və çəkiləcəyim filmlərimlə tamaşaçıları sevindirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB