Rasim Balayev: “Çəkildiyim serial və aktyor heyəti məni maraqlandırmır” AÇIQLAMA

Rasim Balayev: “Çəkildiyim serial və aktyor heyəti məni maraqlandırmır” AÇIQLAMA

Xalq artisti Rasim Balayev uzun müddətdir ekranlardan kənar düşüb. Bunun səbəbini SİA-ya xalq artistinin özü açıqlayıb: "Mən hər zaman televiziyalara yeni işlərimlə əlaqədar olaraq çıxırdım. Ancaq indi yeni filmlərə çəkilmədiyim üçün siz məni ekranlarda görə bilmirsiniz. Mən gündəmdə qalmaq üçün televiziyaya çıxanlardan deyiləm. Bildiyiniz kimi, hazırda ölkəmizdə kifayət qədər seriallar çəkilir. Məni də həmin seriallarda rol almağa dəvət edirlər. Lakin rejissorlar serialın ssenarisini oxumağıma icazə vermirlər. Məlumatım olmayan bir hekayəni necə ifa edə bilərəm. Bilməliyəm ki, hansı və necə rolu canlandıracam. Çəkildiyim serial və ya filmdəki aktyor heyəti isə məni maraqlandırmır. Mənim üçün ən vacibi ssenaridir".

Bütün xəbərlər Facebook səhifəmizdə