Bakıda ustad dərsləri keçiriləcək

Uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün müxtəlif ixtisaslar üzrə ustad dərslərini, istedadlı uşaqların ifalarının dinləmələrini keçirmək və birgə konsert proqramı ilə çıxış etmək məqsədilə Rusiya Federasiyasında fəaliyyət göstərən "Yeni adlar" ictimai fondun nümayəndələrinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü il 22-24 oktyabr tarixlərində Bakı şəhərinə səfərləri təşkil olunacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verlən məlumata görə, nümayəndə heyətinin tərkibinə fondun vitse-prezidenti Eduard Barzov, P.İ Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru Oleq Xudyakov (fleyta ixtisası), Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru, Rusiyanın əməkdar artisti Alekcey Koşvanets (skripka ixtisası) və fondun təqaüdçüləri-gənc istedadlar daxildir.

Fondun nümayəndələri Bakı və Sumqayıt şəhərinin onbirillik və uşaq musiqi və incəsənət məktəblərinin istedadlı şagirdlərinin dinləyişini keçirəcək, onlardan beş nəfərinə "Yeni adlar" ictimai fondununun mükafatlarını verəcək. Bundan başqa Bakı və Sumqayıt şəhərinin musiqi və incəsənət məktəblərinin skripka və fleyta ixtisasları üzrə müəllimləri üçün ustad dərsləri, habelə Azərbaycan və Rusiyanın istedadlı uşaqlarının birgə konsert proqramları da təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə