Sənədli filmin təqdimatı olacaq

Xalq artisti Tofiq İsmayılovun "Salnamə" studiyasında çəkdiyi, dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevə həsr olunmuş "Müslüm Maqomayev haqqında xatirələr" sənədli filminin təqdimatı olacaq. SİA-nın verdiyi məlumata görə, Azərbaycan və Rusiyanın görkəmli sənət adamlarının və Müslüm Maqomayevin yaxın dostlarının onun haqqında xatirələrinin, sənətkarın müxtəlif illərdəki ən gözəl ifalarının, ilk dəfə nümayiş olunacaq kinoxronika kadrlarının yer aldığı filmin ssenari müəllifi və rejissoru Tofiq İsmayılov, musiqi məsləhətçisi Tamara Sinyavskaya, səs rejissoru, Azad Vəliyev, operatorları Rafiq Quliyev, İqor Boqdanov, Ziya Babayev, Andrey Lebedyev, Anatoliy Petrov, musiqi redaktoru Sevinc Rzayeva, redaktor Ramiz Əliyev, icraçı prodüserləri Kamil Məmmədov və Tofiq Musayevdir.

Qeyd edək ki, təqdimat 24 oktyabr, saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə