20 oktyabr - Beynəlxalq Kulinariya Günü artıq 8 ildir ölkəmizdə qeyd olunub. SİA-nın verdiyi məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, AMKA-nın təşkilatçılığı ilə keçirilən tədbirdə qurumun prezidenti Tahir Əmiraslanov görülmüş işlərdən, həyata keçirilən layihələrdən söz açıb.
Bildirilib ki, hər il olduğu kimi, bu il də bir sıra uğurlara imza atılıb. Belə ki, son bir il ərzində 3 beynəlxalq elmi-konfrans, 7 beynəlxalq çempionatda iştirak etmişik və Azərbaycana 15 qızıl, 10 gümüş, 15 bürünc medal, 3 kubok və onlarla diplom gətirmişik.
AMKA-nın əməkdaşları bir sıra ölkədaxili tədbirlərdə də mətbəximizi uğurla təmsil edib. Belə ki, Novruz bayramında, Şəkidə keçirilən beynəlxalq ənənəvi şirniyyat festivalında, Qəbələdə keçirilən "Mürəbbə festivalı"nda, Lerikdə təşkil olunan "Plov festivalı"nda kulinarlarımız yüksək peşəkarlıq nümayiş etdirib.
Qeyd edək ki, tədbirdə il ərzində xüsusilə fərqlənən kulinarlara, ayrı-ayrı qurumlara və media nümayəndələrinə diplomlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB