Bu gün bir çox tamaşalardan və seriallardan izləyicilərə yaxşı tanış olan, sevimli aktyor, Azərbaycan Dövlət Musiqili Teatrının vokal artisti Əzizağa Əzizov doğum gününü qeyd edir. SİA-nın verdiyi məlumata görə, hər zaman təvazökarlığı, sadəliyi və qalmaqallardan uzaq durmağıyla seçilən Əzizov Əzizağa Ağayar oğlu 20 oktyabr 1960-ci ildə Qaziməmməd rayonunda anadan olub.
1999-cu ildə Azərbaycan Dövlət Musiqili Teatrda aktyor kimi çalışır. Teatrda çalışdığı illərdə Ə.Əzizov özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də, xarici ölkə yazıçılarının əsərlərində onlara yaddaqalan surətlər yaradıb. "O olmasın bu olsun" da Qoçu, "Bankir adaxlı" da Zaur, "Əlin cibində olsun" da 1-ci adam, "Səhnədə məhəbbət" də Şvartsneqer, "Aldın payını cağır dayını" komediyasında Məzarov, "Bir günlük xəlifəlik" də sah, "Arşın mal alan" da Soltan bəy, "Xanuma"da Mixo və s. Kimi yaddaqalan obrazları yaratmış Əzizağa Əzizov, həmçinin televiziya tamaşalarında və verilişlərində də duzlu. Məzəli obrazlar yaratmaqla tamaşaçıların sevimli gülüş ustasına çevrilib.
Bu xoş günlə bağlı suallarımızı cavablandırarkən aşağıdakıları söylədi: "Mən bu günə qədər heç zaman ad günümü təntənəylə qeyd etməmişəm. Nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram. Adətən dostlar-tanışlar zəng vurub təbrik edirlər. Neçə illərdi ki, doğum günümdə mənə ilk zəng edib təbrik edən şəxs teatrımızın direktoru Əliqismət Lalayevdi. O, həmişə hamını qabaqlayır."
"Bəs, bu il ad gününüzü harda qeyd edəcəksiniz?" sualına cavab olaraq "23 ildi bu günü ailəmlə birlikdə, evdə qeyd edirəm. Yenə ənənəmə sadiq qalacağam" deyə Ə. Əzizov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB