Kreyq Tebornun konserti olacaq

Bakı Caz Festivalı çərçivəsində Bakıda Kreyq Tebornun konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Craig Taborn misilsiz amerikan caz pianoçusu, orqan ifaçısı və bəstəkar, tənqidçilərin sevimlisidir. Taborn James Carter ilə əməkdaşlıq sayəsində məşhurlaşıb.

Nəzərinizə çatdıraq ki, 1995-ci ildə o, Miçiqan Universitetini bitirib. Onun yaradıcılığında çox dadlı avant caz, abstrakt elektronika, breykbit tapmaq olar.

Qeyd edək ki, konsert 19 oktyabr, saat 21:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə