Emin və estrada ulduzlarının konserti olacaq

Emin və estrada ulduzlarının konserti olacaq

Müğənni və bəstəkar Eminin növbəti konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, Eminin hər bir konsertindəki Avropa səviyyəli şounu dekorasiya, işıqlandırma, xarici ulduzlarla müqayisə olunan rəqqaslar müşayiət edir. Öz yubiley konsertində musiqiçi tamaşaçıları parlaq şou və yeni mahnılarla təəccübləndirəcək.

Nəzərinizə çatdıraq ki, konsertdə qonaqlar və iştirakçılar arasında Stas Mixaylov, Qriqoriy Leps, Svetlana Loboda, İrina Dubsova, "AStudio" qrupu olacaq.

Qeyd edək ki, konsert 4 dekabr, saat 20:00-da Baku Crystal Hall-da baş tutacaq. Biletlərin qiyməti isə 20-250 AZN olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə