“Rast” qrupunun yubiley konserti keçiriləcək

“Rast” qrupunun yubiley konserti keçiriləcək

Məşhur "Rast" qrupunun yubiley konserti keçiriləcək. SİA-nın verdiyi məlumata görə, konsert 2014 caz festivalı çərçivəsində baş tutacaq.

Nəzərinizə çatdıraq ki, "Rast" qrupu 1993-cü ildə yaradılıb və Azərbaycan estradasında ən uğurlu layihələrdən biri olub. Rast qrupu populyarlığın zirvəsinə 90-cı illərdə çatdı. Qrup Bakının, İstanbulun, Aşqabadın böyük zallarında çıxış edir, mahnıları Avropada çıxırdı.

Rastın ilk albomu 1996-cı ildə çıxıb. Elə həmin il qrup 350 dünya qruplarının iştirak etdiyi "Radio Frans Internasional" Beynəlxalq müsabiqəsinin laureatı olub.

Qrupun ikinci albomu "RAST Dünyası" adlanırdı və 2000-ci ildə işıq üzü görüb. 2009-cu ildə isə "Rast gələrəm" adlı 3-cü albom tamaşaçılara təqdim olundu.

Qeyd edək ki, konsert 21 oktyabr, saat 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq. Biletlərin qiyməti isə 20-100 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə