Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

19-30 oktyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Beynəlxalq Caz Festivalı keçiriləcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festival çərçivəsində Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, Caz Mərkəzində dünya şöhrətli musiqiçilərin Terri Layn Karrinqton Kvarteti, Terens Blanşard Kvinteti, Anat Kohen Kvarteti, Mişel Kamilo Triosu, Stenli Klarkın qrupu, Kreyq Taborn triosu, Trilok Gurtu qrupunun və başqalarının çıxışları gözlənilir.

Eyni zamanda Azərbaycanın tanınmış ifaçıları- Salman Qəmbərov, Cəmil Əmirov, Rain Sultanov, Mircavad Cəfərov, Elçin Şirinov, Zaur Mirzəyev və istedadlı gənc caz musiqiçiləri də festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə