Ruslan Sabirli daha bir ilkə imza atdı FOTOLAR

Ruslan Sabirli daha bir ilkə imza atdı FOTOLAR

Tanınmış kinoaktyor və rejissor Ruslan Sabirli daha bir ilkə imza atıb. Bu haqda SİA-ya aktyorun özü məlumat verib. Bildirib ki, "Facebook" sosial şəbəkəsində yalnız tanınmışlara verilən "Rəsmi Səhifə" statusunu alan ilk Azərbaycanlı məhz Ruslan Sabirli oldu: "Artıq hər dəfə yeni bir ilkə imza atmaq məndə adət halına çevrilib. Bilirsiniz ki, bir müddət əvvəl Rusiyanin ən iri sosial şəbəkəsi olan "Odnoklassniki" saytındakı profilimə (http://www.odnoklassniki.ru/ruslan.sabirli) "Rəsmi Səhifə" statusu verilmişdi. Bu dəfə isə dünyanın ən populyar "Facebook" sosial şəbəkəsindəki profilimə (https://www.facebook.com/sabirli.ruslan) saytın administrasiyası tərəfindən yalnız tanınmış və məşhur insanlara təqdim edilən "Rəsmi Səhifə" statusu verilib. Ad və soyadımın qarşısındakı göy dairə həmin səhifənin həqiqətən məhz mənə məxsus olduğunu təsdiq edir. Bundan sonra sevənlərimi profilimə abunə olmağa dəvət edirəm və məni digər yalan profillərlə səhv salmayacaqlarına inanıram. Onu da qeyd edim ki, istər "Facebook", istərsə də "Odnoklassniki" sosial şəbəkələrində "Rəsmi Səhifə" statusunu alan ilk Azərbaycanlıyam."

Bütün xəbərlər Facebook səhifəmizdə