S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Teatr romanı" tamaşasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, premyera teatrın gözəl aktrisası, xalq artisti Lyudmila Duxovnanın 50 illik yaradıcılıq fəaliyyətinə həsr ediləcək.
Nəzərinizə çatdıraq ki, tamaşanın müəllifi Əməkdar Mədəniyyət İşçisi Vladimir Neverov, quruluşçu rejissoru xalq artisti, teatrının baş rejissoru Aleksandr Şarovskidir.
Qeyd edək ki, tamaşa 23 oktyabrda Dövlət Rus Dram Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB