Nizami Kino Mərkəzində yeni filmlərin premyeraları davam edir FOTOLAR
Oktyabrın 16-da Nizami Kino Mərkəzində "Hakim", "Qəbirlərarası gəzinti", "Arvadımı oğurla" amerika və "Çilek", "Azazil düğüm" türk filmlərinin nümayişi başlanıb. SİA-nın verdiyi xəbərə görə, Skott Frenkin ekranlaşdırdığı "Məzarlararası gəzinti" filmi ttriller, kriminal dram və dedektiv janrındadır. Keçmişdə Nyu-York polisində çalışmış və hazırda lisenziyası olmayan, içki düşkünü detektiv Mettyu Skadder, yerli narkobaronların birindən arvadının qaçırılması və vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı araşdırma aparmağı təklifini alır. Bu araşdırmanın onu hara aparacagını Skadder hələ ki, bilmir. Baş rolların ifaçıları Liam Nison , Den Stivens , Boyd Holbruk , Sebastyan Roşe , Frenk De Xulio , Astro , Vitni Eybl , Devid Harbor və digər aktyorlardır.
"Arvadımı oğurla" filmində isə həbsdən azadlığa yeni çıxan Ordell və Luis çoxlu pul qazanmq məqsədi ilə bölgənin ən zəngin adamlarından olan Frenk Davsonun arvadını qaçırırlar. Sevgilisi ilə birlikdə olmaq üçün arvadından qurtulmağın yollarını axtaran Frenk üçün Mikinin qaçırılması göydən düşmə olur. Bunu öyrənən qadın onu oğurlayan adamlarla əlbir olub ərindən intiqam almaq qərarına gəlir. Rejissor Daniel Şexterin kriminal komediya janrında çəkdiyi bu filmdə aktyorlar Cennifer Eniston , Mos Def , Ayla Fişer , Vill Forte , Mark Bun , Tim Robbins , Con Houks , Klea Lyuis və başqaları çəkilib.
"Hakim" filmini dram janrını sevənlər maraqla izləyəcəklər. Vəkil Hank Palmer illər keçdikdən sonra anasının dəfni ilə bağlı, doğulub böyüdüyü şəhərə gəlir. Anasının cinayət nəticəsində həyatını itirdiyini və bu işdə alsheymer xəstəsi olan atasının əli olduğundan şübhələrin olmasını öyrənən Hank, şəhərdə yubanmaq qərarına gəlir. Bu, ona qohumlarını daha yaxından tanımaq fürsətini verir. Aktyorlar Robert Dauni , Vera Farmiqa , Leyton Mister ,Vinsent D`Onofrio, Billi Bob Tornton , Robert Dyuval , Sara Lankaster, Deks Şepardinin çəkildikləri filmin rejissoru Devid Dobkindir. Rejissoru tamaşaçılar "Rossomaxa" filmindən tanıyırlar.
Dram, məcara janrında çəkilmiş "Çilek" filminin rejissoru Emrah Sönməz ssenari müəllifi Çağlayan Neymandır. Qəsəbədə yaşayan Çilək adlı gözəl qızın arzusu İstambula getmək və orda məhşur müğənni olmaqdır. Onu uşaqlıqdan sevən Kaanın arzusu isə Çileke eşqini elan etməkdir. Bir gecə onların yolu Çilekin sevgilisi Hayrinin barında kəsişir. Onlar bir birilərinin xəyallarını gerçəkləşdirmək üçün, başlarına gələ biləcək məcaraları gözə alıb İstambula qaçırlar. Filmdə baş rollara İlker Aksum , Halil Sezai Paracıkoğlu , Azra Akın , Bülent Şakrak , Selen Öztürk və başqa aktyorlar çəkilib.
Rejissor Özgür Bakarın qorxu və şiddət janrında çəkdiyi "Azazil duğum" filmi valideynlərini itirmiş Sinem adlı qızdan bəhs edir. Universitetdə təhsil alan Sinem Akın adlı gənclə eşq yaşayır. Birlikdə gayıdarkən yüngül yol qəzası keçirən gənclər maşınla vurduqları itin ölümünə səbəb olurlar. Bu hadisədən sonra Sinemin həyatı tamamilə dəyişir. Filmdəki paranormal və metafizik hallar tamaşaçıya gərgin anlar yaşadacaq. Filmdəki rollara istedadlı gənc aktyorlar Cansu Diktaş, Tolga Akman, Nurten İnan, Zafer Altuna və başqaları çəkilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB