Xalq artisti Nuriyyə Əhmədova səhnə ilə vidalaşıb. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib. Bildirib ki, səhnədən ayrılmağına səbəb səhhətinin pis olmasıdır: "Neçə gündür qan təzyiqim yüksəkdir. Müalicəm çox pis gedir. Həkimlər işləməyə icazə vermirlər. Hələ də bacımın mənzilində yaşayıram. Bildiyiniz kimi, övladımı itirdim. Düşünürdüm ki, oğlum sağalacaq. Ancaq fikirləşdiyim olmadı. Hazırda bütün gücümlə balaca oğlumu böyütməyə çalışıram. Onu da deyim ki, bir də səhnəyə qayıtmayacam. Çünki hazırda səhhətimlə bağlı olaraq ciddi müalicə olunuram. Çox hərəkət edə bilmirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB