Bəzi xəbər saytlarında xalq artisti Rasim Balayevin səhhətinin pisləşdiyi və ayağında yara açıldığı kimi məlumatlar yayılıb. Bununla əlaqədar olaraq xalq artisti Rasim Balayevin özü SİA-ya açıqlama verib. Bildirib ki, sözügedən xəbər reallığı əks etdirmir: "Səhhətimlə bağlı gəzən məlumat yalandır. Hətta dost-tanışlar belə narahat olub, mənimlə əlaqə saxlayırlar. Şükürlər olsun ki, yaxşıyam. Ayağımda yara yoxdur. Doğrudur, şəkər xəstəliyindən əziyyət çəkirəm. Amma bununla əlaqədar müalicə olunuram. Bu cür xəbəri yayan insanları anlaya bilmirəm ki, nə etmək istəyirlər?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB