“Axırıncı dayanacaq” bədii filminin təqdimatı keçiriləcək

“Axırıncı dayanacaq” bədii filminin təqdimatı keçiriləcək

17 oktyabr, saat 19:00-da Nizami Kino Mərkəzində dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş "Axırıncı dayanacaq" bədii filminin təqdimatı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, ironik-komediya janrında olan film qocalar evinə düşmüş keçmiş polkovnikin həyatından bəhs edir. Filmin çəkilişləri Bilgəh qəsəbəsindəki qocalar evində və kinostudiyanın pavilyonunda aparılıb.

Filmin quruluşçu rejissoru Fikrət Əliyev, ssenari müəllifləri İlqar Fəhmi və Fikrət Əliyev, quruluşçu operatoru Kənan Məmmədov, quruluşçu rəssamı İbrahim Xəlil Əminov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, rollarda xalq artistləri Fuad Poladov, Zemfira Nərimanova, Ağaxan Salmanlı, Tariyel Qasımov, Arif Quliyev, əməkdar artistlər Zemfira Sadıxova, Tofiq Hüseynov və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə