Xəbər verdiyimiz kimi, Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində paytaxtımızda "Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014" tədbiri davam edir. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində bu gün növbəti sessiya keçirilib.
Sessiyada 2014-cü il üzrə işçi qrupunun təqdimatı olub. Təqdimat Avropa meyarlarının inkişaf etdirilməsi və onlar üzrə nümunələr, "Avropa irs günləri" portalı və Avropa meyarları, fotomüsabiqə, məlumat kolleksiyası, illik toplantı və konfranslar, dinləyicilərin inkişafı məsələlərini əhatə edib.
Azərbaycan Respublikasında ötən 2 il ərzində "Avropa irs günləri"nin qeyd edilməsi üzrə təqdimatı isə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, müvafiq sahə üzrə milli əlaqələndirici Emil Səfərov həyata keçirib. Ölkəmizdə görülmüş işlər böyük maraqla qarşılanıb.
Qeyd edək ki, silsilə tədbirlər oktyabrın 16-da iştirakçıların Azərbaycanın mədəni irs obyektlərinə ziyarəti ilə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB