MTN bir sıra şirkətlərə lisenziya verib

MTN bir sıra şirkətlərə lisenziya verib

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.11.2002-ci il tarixli, 174 nömrəli və 05.12.2008-ci il tarixli, 271 nömrəli "Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə" Qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sentyabr ayı aşağıda adları göstərilən şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir:

1. "İmprotex Travel Tours & Conferences" Müəssisəsinə (hüquqi ünvanı: Bakı şəhəri, H. Aslanov, ev 115; 10.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 425, seriya №-si 083837).

2. "Every Season Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44; 15.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 426, seriya №-si 083838).

3. "Efes Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Gəncə şəhəri, Şahsevənlər küçəsi, ev 20/22a; 15.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 427, seriya №-si 083839).

4. "Sino Tour" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 104/1a; 16.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 428, seriya №-si 083840).

5. "Casablanca Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 4 mkr, Mir Cəlal küçəsi, ev 60, mənzil 89; 17.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 429, seriya №-si 083841).

6. "Plane Travel Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov, ev məh.586, ev 74, mənzil 14; 18.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 430, seriya №-si 083842).

7. "Asan-Tur" firmasına (hüquqi ünvanı: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, ev 20, mənzil 23; 18.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 431, seriya №-si 083843).

8. "CHİF" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Xətai rayonu, Ələddin Quliyev küçəsi, ev 1130-cu məhəllə; 22.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 432, seriya №-si 083844).

9. "Visla Tours" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 31, mənzil 2; 30.09.2014-cü il tarixli, qeydiyyat nömrəsi 433, seriya №-si 083845).

Bütün xəbərlər Facebook səhifəmizdə